Kibercinayətkarlardan qorunmağın sadə bir neçə yolu.

Son zamanlar ölkəmizdə sürətlə artan kibercinayətlərin hədsiz sayda qurbanları olur. Növbəti qurbanlardan biri siz olmayasınız deyə bu postda yazılan elementar təhlükəsizlik qaydalarını bilməkdə fayda var.

1. “Salam, mən bankdanam” deyənlərə inanmayın!

📞 Bəzən kimsə zəng edir və deyir:

“Salam, biz bankdanıq. Kartınızda problem var, yoxsa hesabınız bloklanacaq…”

Bu cür zənglərdə məqsəd sizi aldadaraq OTP kodunu və ya kart məlumatınızı almaqdır.

📌 Unutmayın:

  • Bank sizə zəng edib parol, PIN, CVV, OTP kod soruşmaz!
  • Sakitcə dəstəyi qoyun və bankın rəsmi nömrəsinə özünüz zəng edin.

2. Kart məlumatınızı heç kimlə paylaşmayın

📄 Kartın üzərindəki bu məlumatlar sizin pul qapınızdır:

  • Kart nömrəsi (16 rəqəm)
  • Etibarlılıq müddəti (məsələn, 07/26)
  • Kartın arxasındakı 3 rəqəmli CVV kodu

🛡️ Kiməsə bunları desəniz, banka getmədən pulunuzu oğurlaya bilərlər.

📌 Qızıl qayda:

“Kartım cibimdədir” deməyin faydası yoxdur, kart məlumatlarınız internetdədirsə, risk altındasınız.

3. SMS-lə gələn linklərə basmayın

Bəzən belə mesajlar gəlir:

“Sizin adınıza cərimə var – bu linkə daxil olun.”
“Kartınız bloklanıb – təsdiq üçün buraya klikləyin.”

Bu cür linklər sizi saxta sayta aparır. Orada sizdən kart məlumatı və ya şəxsi məlumat istəyirlər. Sonra da hesab boşalır.

🛡️ Nə etməli?

  • Mesaj gəlirsə, rəsmi saytdan və ya mobil tətbiqdən özünüz yoxlayın
  • Heç bir linkə, fayla, şəkilə basmayın

4. Telefonunuzu və bank tətbiqinizi parolla qoruyun

Əgər kimsə telefonunuzu oğurlasa və orada bank tətbiqi varsa – çox asanlıqla hesabınıza girə bilər.

📱 Təhlükəsizlik üçün:

  • Telefonunuzda ekran parolu olsun (PIN, barmaq izi və ya Face ID)
  • Bank tətbiqində də ayrıca parol və ya OTP tələb olunsun

📌 Hər dəfə girəndə parol yazmaq sizi yorsa da, cibinizdəki pulları qoruyur.

5. Onlayn alış-verişdə yalnız tanınmış saytlardan istifadə edin

Alış-veriş edərkən belə saytları seçin:

  • bolkart.az, kontakt.az, yalli.az, aliexpress.com
  • Saytın ünvanı https:// ilə başlamalıdır

🧯 Nə etməməli?

  • Facebook-da və ya WhatsApp-da göndərilən “endirim linklərinə” inanmayın
  • “Telefon 100 manat” deyə yazılan saytlardan uzaq durun. Aldatsalar, nə mal gələcək, nə də pulunuz qalacaq.

6. Kart əməliyyatlarına nəzarət edin

Əgər kartınızdan icazəsiz pul çıxsa, bank dərhal xəbərdar olmalıdır.

📱 Bunu etmək üçün:

  • Bank tətbiqində “bildirişlər”i aktiv edin
  • Kartdan hər çıxışda SMS və ya mobil bildiriş gəlsin

📌 Hər ayın sonunda kart çıxarışını (hesabatını) oxuyun – şübhəli ödənişlər varsa, bankla əlaqə saxlayın.

7. Qorxmayın, sual verin

Kibertəhlükə sizi qorxutmasın. Sadəcə ehtiyatlı olun. Nəyi bilmirsinizsə:

  • Öz bankınıza zəng edin
  • Övladınızdan, qohumunuzdan kömək istəyin
  • Heç vaxt utanmayın. Pul itəndə utanmaq xeyir vermir.

Sonda sizə xüsusi 5 qayda:

  1. Heç kimə kart məlumatı demə
  2. Telefonla gələn bank zənglərinə inanma
  3. OTP kodu yalnız özün daxil elə
  4. Naməlum linklərə basma
  5. Bildirişləri açıq saxla və əməliyyatlara nəzarət elə

Sonda isə çalışın özünüzü və pullarınızı qoruyun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir